Bu əsərin 30 milyon dollara satılacağı gözlənilir - FOTO
1949-cu ildə çəkilmiş “Diyego və mən” (Diego y yo) adlı avtoportretin Kalonun 2016-cı ildə satışa çıxarılan "Meşədə iki çılpaq" əsərinin hərrac rekordunu qıracağı bildirilir

Meksikalı rəssam Frida Kalonun avtoportreti hərraca qoyulub.
"Qazet.az" xəbər verir ki, Britaniya mərkəzi hərrac evi Sotebi (Sotheby's) tərəfindən satışa çıxarılacaq əsərin 30 milyon dollara satılacağı gözlənilir.
Əsər 22-25 oktyabr tarixlərində Londonda sərgilənəcək. Daha sonra hərracın keçiriləcəyi Nyu-York şəhərinə aparılacaq. Hərrac evi Frida Kalonun avtoportretinin rekord qiymətə alıcı tapacağını gözlədiyini bildirib.
1949-cu ildə çəkilmiş “Diyego və mən” (Diego y yo) adlı avtoportretin Kalonun 2016-cı ildə satışa çıxarılan "Meşədə iki çılpaq" əsərinin hərrac rekordunu qıracağı bildirilir