Bu futbolçu karyerasını başa vurdu
İdman
15:54 16 noy, 2022
İngiltərə millisinin və "Çelsi" klubunun sabiq futbolçusu Qari Keyhill karyerasını başa vurub.
Qazet.az-ın məlumatına görə, müdafiəçi 37 yaşında futbolla vidalaşıb.
Qeyd edək ki, Qari Keyhill 2012 - 2019-cu illərdə London təmsilçisinin formasını geyinib. O, bu müddət ərzində iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə UEFA Çempionlar Liqasının və Avropa Liqasının qalibi olub. Keyhill son olaraq "Bornmut"da çıxış edib.