Bu gün ABŞ "Gilqameş" dastanına aid kitabəni İraqa təhvil verəcək
Gündəm
17:05 23 sen, 2021
ABŞ tarixi incəsənət əsərinin İraqa qaytarılması haqqında qərar qəbul edib
![Bu gün ABŞ "Gilqameş" dastanına aid kitabəni İraqa təhvil verəcək](https://qazet.az/resized/fit900x500/center/pages/26725/7e37117e-3a35-4750-bdab-88f9d7ab13ab.jpeg)
Sentyabrın 23-də Vaşinqtonda “Gilqameş” şumer dastanının mətni olan kitabənin İraq hakimiyyətinə təntənəli təhvil verilməsi mərasimi keçiriləcək.
Qazet.az xəbər verir ki, məlumatı “Newsru.co” yayıb.
Bildirilib ki, 3 500 yaşı olan tarixi mədəniyyət abidəsi 1919-ci ildə “Səhrada tufan” əməliyyatı zamanı oğurlanıb. Qanunsuz olaraq ABŞ-a aparılıb və 2014-cü ildə 1,67 milyon dollara “Hobby Lobby” şirktinə satılıb. Tarixi abidə Vaşinqtondakı İncil muzeyinə təhvil verilib.
ABŞ-ın Ədliyyə Nazirliyi 2021-ci iln iyulunda bu tarixi abidənin və 17 000 tarixi incəsənət əsərinin İraqa qaytarılması haqqında qərar qəbul edib.