Bakı 12˚C Mostly cloudy

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası olacaq

İdman 12:52 02 dek, 2021

Toplantının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası olacaq

Bu gün AFFA İcraiyyə komitəsinin növbəti iclası keçiriləcək.

Qazet.az-ın məlumatına görə, tədbir saat 10:00-da Bulvar oteldə start götürəcək.

Toplantının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan milli komandasının baş məşqçisinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə;

2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat);

3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi;

4. Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması;

5. Cari məsələlər.