Bu gün Avropa çempionatının qalibi müəyyənləşəcək
İdman
15:29 19 sen, 2021
Bu gün kişi voleybolçular arasında Avropa çempionatının qalibi müəyyənləşəcək
![Bu gün Avropa çempionatının qalibi müəyyənləşəcək](https://qazet.az/resized/fit900x500/center/pages/25970/32193612-522c-40de-b119-f0606b40dc71.jpeg)
Bu gün kişi voleybolçular arasında Avropa çempionatının qalibi müəyyənləşəcək.
Qazet.az xəbər verir ki, çempionluq uğrunda görüşdə Sloveniya və İtaliya yığmaları qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyunda isə Polşa və Serbiya yığmaları üz-üzə gələcəklər.
Hər iki oyun Polşada təşkil olunacaq. Avropa çempionatına Polşa Finlandiya, Çexiya və Estoniya ilə birgə ev sahibliyi edir.
İtaliya millisi 8 ildən sonra ilk dəfədir Avropa çempionatının finalına vəsiqə qazanıb. Sloveniya yığması isə son qitə birinciliyində - 2019-cu ildə Serbiyaya məğlub olaraq gümüş medala sahib olub.