Bakı 28˚C Mostly sunny

Bu gün Bakıda Azərbaycan-Gürcüstan biznes forumu işə başlayır

Gündəm 12:08 13 dek, 2021

Biznes forumunda həmçinin regional iqtisadi layihələrin perspektivləri və s. məsələlər də müzakirə ediləcək

Bu gün Bakıda Azərbaycan-Gürcüstan biznes forumu işə başlayır

Bu gün Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək.

Qazet.az "Report”a istinadən xəbər verir ki, forum iki gün davam edəcək. Tədbirdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, sərmayə qoyuluşu, diqqət mərkəzində olacaq.

Biznes forumunda həmçinin regional iqtisadi layihələrin perspektivləri və s. məsələlər də müzakirə ediləcək.

Qeyd edək ki, forumda Azərbaycan rəsmiləri ilə yanaşı, Gürcüstanın da hökumət nümayəndələri, o cümlədən iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava da iştirak edəcək.