Bu gün beynəlxalq məhkəmədə Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçiriləcək
Siyasət
11:34 18 okt, 2021
Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib
Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddiası ilə bağlı dinləmələr keçiriləcək.
Bu barədə Qazet.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Dinləmə yerli saatla 12.00-da bu səhifədən canlı yayımlanacaq.