Bakı 7˚C Hazy sunshine

Bu gün Brüsseldə “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçiriləcək

Siyasət 12:04 15 dek, 2021

Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edəcək

Bu gün Brüsseldə “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçiriləcək

Bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçiriləcək.

Qazet.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edəcək.

Görüş ilk dəfə proqramda iştirakını dayandıran Belarusun iştirakı olmadan keçiriləcək. Ona görə də sammitdə Belarusun rəsmi nümayəndələri olmayacaq, Minsk isə “bayraqsız boş oturacaq”la təmsil olunacaq.

Aİ-nin yüksəkvəzifəli nümayəndəsinin jurnalistlərə verdiyi məlumata görə, sammitin gündəliyinə koronavirus pandemiyası ilə mübarizə, “Şərq Tərəfdaşlığı” ölkələrində islahatlar və Aİ-nin proqrama sadiqliyi ilə bağlı məsələlər daxildir. Liderlərin həmçinin bölgədə, o cümlədən Ukrayna, Belarusla sərhəddə təhlükəsizlik durumunu və Qarabağı müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramına Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Belarus daxildir. Rəsmi Minsk bu il iyunun 28-də üzvlüyünü saxlamaqla bu proqramda iştirakını dayandırıb. Ukrayna, Gürcüstan və Moldova mayın 17-də Ukraynanın paytaxtı Kiyevdə Aİ-yə üzv olmaq qətiyyəti və iradəsini ifadə etmək üçün “Assosiasiyalı trio”nun yaradılması haqqında memorandum imzalayıblar.