Bakı 4˚C Showers

Bu gün Ərdoğanla Putin görüşür

Gündəm 12:40 29 sen, 2021

Görüş Soçidə baş tutacaq

Bu gün Ərdoğanla Putin görüşür

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putinin Soçidə görüşü olacaq.

Qazet.az TASS-a istinadən xəbər verir ki, protokolda nümayəndə heyətlərinin görüşü nəzərdə tutulmayıb, dövlət başçıları təkbətək görüşəcək.

Məlumata görə, tərəflər görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət və siyasət sahəsində Rusiya-Türkiyə əməkdaşlığının müxtəlif aspektlərini, həmçinin Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.