Bakı 18˚C Mostly cloudy

Bu gün haylar Kəlbəcərin 2, Tərtərin 1, Ağdamın 1, Xocavəndin 1 kəndində “seçki” keçirdi

Gündəm 21:29 09 okt, 2022
Bu gün haylar Kəlbəcərin 2, Tərtərin 1, Ağdamın 1, Xocavəndin 1 kəndində  “seçki” keçirdi

Bu gün – oktyabrın 9-da Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiya hərbi kontingentinin nəzarətində qalan ərazisində 32-ci ildir ki, faktiki fəaliyyət göstərən separatçı-terrorçu erməni rejim 5 məntəqəmizdə qanunsuz “yerli orqanlar”a qeyri-qanuni “seçki”lər keçirib.

Qazet.az xəbər verir ki, bu  haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

Məlumata görə, həmin kəndlər bunlardır: Tərtər rayonunun “Mohrataq” adlandırılmış Kişik Qarabəy, Ağdam rayonunun “Nor Qazançi” adlandırılmış Sırxavənd, Kəlbəcər rayonunun “Vank” adlandırılmış Vəngli, “Tsmakaxoq” adlandırılmış Bazarkənd, Xocavənd rayonunun Xərxan kəndi. Bazarkənd kəndində qondarma “icma başçısı”, digər 5 kənddə isə “icma üzvləri” “seçilib”.