İlon Mask Tvitteri aldı
Biznes
00:31 26 apr, 2022
Sövdələşmə 46 milyard dollar təşkil edə bilər
Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu, İlon Mask tviter sosial şəbəkəsini alıb.
Bu barədə Tvitter administrasiyasının məlumatında deyilir.
Qeyd edilir ki, o, bunun üçün 44 milyard ABŞ dolları ödəyib.
Tviter sosial şəbəkəsinin rəhbərliyi xəbəri təsdiqləyib. “Twitter, Inc.” bu gün elan etdi ki, tam mülkiyyətində olan İlon Mask şirkəti tərəfindən hər bir səhm üçün 54,2 dollara, təqribən 44 milyard dollar dəyərində sövdələşməyə imza atıb”, - sosial şəbəkənin xəbərində bildirilir.