Bakı 21˚C Mostly sunny

Bu gün Mixeil Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək

Siyasət 12:28 09 dek, 2021

Tbilisi Şəhər Məhkəməsi Saakaşvilinin işinə başacaq

Bu gün Mixeil Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək

Bu gün Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçiriləcək.

Qazet.az xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsində baxılacaq iş siyasətçinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçməsi ilə bağlıdır.

İclas saat 12:00-da başlayacaq.

M.Saakaşvili ötən gün yaydığı məktubda sağlamlıq durumu səbəbindən prosesdə iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, sabiq dövlət başçısı bu il sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Onun ölkəyə gizli yolla gəlməsi ilə bağlı 4 nəfər saxlanılıb.

Mənbə