Bu gün Sezen Aksunun 68 yaşı tamam olub
Sənət yoldaşları onu sosial şəbəkədə belə təbrik etdi
Bu gün "Kiçik Sərçə" ləqəbli türk estrada sənətçisi Sezen Aksunun 68 yaşı tamam olub. Musiqiyə gətirdiyi bəstələrlə 7-dən 77-yə hər kəsin dillər əzbərinə çevrilən mahnıları, dünya səviyyəsində 40 milyondan çox albomu satılıb.
Qazet.az xəbər verir ki, müğənni Seda Sayan və bir neçə məşhur sənət yoldaşları onu sosial şəbəkədə belə təbrik edib.
SEDA SAYAN - "Ad günün mübarək KRALİÇA. Xalq şairim, böyük ürəkli Sezen, sağsan, sağsan, sağsan"
GÜLBEN ERGEN -"Dağ kimi qadındır.
Kitab kimi. Ruh kimi. Yoldaş kimi bütün sevinclərə, kədərlərə, doğumlara, ölümlərə şahid...
Ona toxunmadan əl tutandır. O, mənim, sənin , bizim Sezen Aksu... Ad günün mübarək".
MABEL MATİZ - "Hər yaşın nuru.
Ad günün mübarək, müəllimim, bələdçim, canım Sezen.
Yaşın nurlu olsun."
Qeyd edək ki, Mabel Matiz illər əvvəl yazdığı məqaləni də dərc edib.
Qaynaq