Bu gün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq
Siyasət
12:15 27 sen, 2021
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib
“Keçən ilin dekabrın 2-də mənim sərəncamımla Azərbaycanda 27 sentyabr -Anım Günü kimi təsis edilmişdir. İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik”.
Qazet.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr - Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.
“Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. Eyni zamanda, bu gün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq“, - Prezident vurğulayıb.