Bakı 2˚C Sunny

Bu hallarda binalarda balkon ola bilməz

Gündəm 15:44 13 dek, 2021

Lociya və balkonların layihələndirilməsi üçün əlverişsiz şərait və hallar nəzərə alınmalıdır

Bu hallarda binalarda balkon ola bilməz

Azərbaycanda yaşayış binalarında balkonların layihələndirilməsi üçün əlverişsiz hallar müəyyən edilir.

Qazet.az xəbər verir ki,  ki, bu barədə məsələ Dövlət şəhərsalma və arxitektura komitəsinin kollegiyasının təsdiqlədiyi "Yaşayış binaları layihələndirmə normaları"nda öz əksini tapıb.

Normalarda qeyd olunur ki, Azərbaycan Respublikasının iqlim şəraitində yaşayış binalarında lociya və balkonların layihələndirilməsi zəruridir. Bu zaman lociya və balkonların layihələndirilməsi üçün əlverişsiz şərait və hallar nəzərə alınmalıdır.

Lociya və balkonların layihələndirilməsi üçün əlverişsiz hallar aşağıdakı kimi müəyyən edilir:

- nəqliyyat magistrallarından və ya sənaye ərazilərindən gələn səs-küyün səviyyəsi yaşayış binalarının fasadının qarşısında 75 dB və daha artıq olduqda;

- yay aylarında 15 gün və daha artıq müddətə havadakı tozun miqdarı 1,5 mq/m3 və daha artıq olduqda.