"Bu, hələ başlanğıcdır"
Siyasət
14:22 23 noy, 2022
"Təyyarələrlə, PUA-larla apardığımız əməliyyatlar sadəcə başlanğıcdır".
Qazet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, terrorçuların üzərindən çıxan sənədlər onların PKK-dan fərqlənmədiyini göstərir: “Qərb ölkələrinin terrorçuların Suriyadakı qolunu PKK-dan ayırma cəhdlərinin mənasız olduğu aydındır".
Ərdoğan bildirib ki, ən uyğun vaxtda quru əməliyyatları da başlayacaq.