Bu helikopterlər hərraca çıxarılacaq
Gündəm
15:35 12 okt, 2022
Noyabrın 15-də Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin balansında olan 3 helikopter 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılacaq.
Bu barədə Qazet.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) bildirilib.
Məlumata görə, "Airbus Helicopters EC-155B1", "Airbus Helicopters EC-155B1" və "Airbus Helicopters EC-135P2" markalı helikopterlərin hər birinin start qiyməti 1 milyon manat olacaq. Bunun 10%-i beh kimi ödənilməlidir.
Sifarişlər ƏMDX-nın Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq.