Bu içkilər ÖLÜMƏ APARIR - Professordan XƏBƏRDARLIQ
Türkiyənin məşhur professoru Canan Karatay enerji içkiləri ilə bağlı önəmli açıqlamalar verib.
Qazet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Karatay enerji içkilərinin zərərlərini bir-bir sayaraq onlardan qaçmağın vacibliyini vurğuıayır.
Professor deyib ki, enerji içkiləri insan sağlamlığı üçün zəhərdir. Bütün enerji içkilərində çoxlu qarğıdalı siropu şəkəri var: Enerhi içkilərinin tərkibində digər kimyəvi maddələr də daxildir. Bunlar immunitet sistemini məhv edir, bağırsaqları pozur və beyin funksiyalarını pozur. Qısa müddətə enerji verir, amma sonra tükənir. Bir neçə saatlıq verdiyi yalançı, müvəqqəti xoşbəxtlik və enerji insanı aludəçilik edir. Alkoqol kimi qaraciyərin yağlanmasına səbəb olur, hətta daha sürətli".
Onun sözlərinə görə, enerji içkiləri sinir sisteminə spirtdən daha çox zərər verir: "Həm də həzm sistemini pozur. Orqanizm müqavimətini sıfıra endirir, o zaman hər cür xəstəliklərin baş verməsi qaçılmazdır".
Enerji içkiləri qəfil ürək dayanmasına, komaya və hətta xəstənin ölümünə səbəb ola bilər. C.Karatay bildirib ki, enerji içkilərində şəkər yüksəkdir və davamlı olaraq enerji içkilərindən istifadə edənlərin çəkilərinə görə şəkər xəstəliyinə tutulma riski var.
"Enerji içkisinin tərkibindəki maddələrin bəziləri dərmanlarla qarşılıqlı təsir göstərərək müxtəlif fəsadlar yarada bilir. Bu, xüsusilə antidepresan qəbul edənlərdə olur. Böyük miqdarda enerji içkilərinin istehlakı yuxusuzluq problemini də gətirir. Böyrək çatışmazlığına səbəb ola bilər".
Qeyd edək ki, əvvəllər də bununla bağlı xəbərlər dərc olunub. Belə ki, İsveçdə bir şəxs məşqdən sonra bir neçə qutu enerji içkisi içib və qəfil böyrək çatışmazlığından ölüb.
Spirtli enerji içkilərindən istifadə etmək, sözün əsl mənasında insanın öz həyatı ilə oynaması deməkdir. Bunun bir nümunəsi yenə İsveçdə yaşanıb. Belə ki, spirt və enerji içkilərindən hazırlanan kokteyl səbəbiylə 2 nəfər ölüb.