Bakı 7˚C Showers

Bu iki vitamin xərçəng riskini 21 faiz artıra bilər

Cəmiyyət 21:41 28 okt, 2021

 B12 və fol turşusu xərçəng riskini artıra bilər

Bu iki vitamin xərçəng riskini 21 faiz artıra bilər

Vitamin B12 və fol turşusu xərçəng riskini artıra bilər. 

Qaynarinfo "Daily Express”ə istinadla xəbər verir ki,bu haqda məlumat Amerika Tibb Assosiasiyasının jurnalında dərc olunub. Fol turşusu insan orqanizmində sağlam qırmızı qan hüceyrələrinin – eritrositlərin əmələ gəlməsinə kömək edir.

Məlum olub ki, Norveçdə fol turşusu və B12 vitamini qəbul edən xəstələrdə bu əlavələri qəbul etməyən ürək xəstələrinə nisbətən xərçəngə tutulma riski artıb. 1998-2005-ci illərdə vitamin və ya plasebo qəbul edən 7 min insan haqqında məlumatlar təhlil edilib.

"Beləliklə, fol turşusu və B12 əlavəsi xərçəng riskinin 21%, xərçəngdən ölmə riskinin 38% və hər hansı bir səbəbdən ölmə riskinin 18% artması ilə əlaqələndirilib", - hesabatda deyilir.

Həmçinin bildirilir ki, Böyük Britaniya Milli Səhiyyə Xidmətinin mütəxəssisləri həzm pozğunluqları üçün dərman qəbul etməzdən əvvəl və ya sonra iki saat ərzində fol turşusu qəbul etməməlidirlər.