Bakı 19˚C Mostly sunny

Bu il 211 məktəbə direktor təyin olundu

Cəmiyyət 11:43 23 dek, 2021

Hazırda direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr davam edir

Bu il 211 məktəbə direktor təyin olundu

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə nəticəsində 211 nəfər direktor vəzifəsinə təyin edilib.

Bu barədə Qazet.az-a Təhsil nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hazırda direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr davam edir. Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır.