Bakı 3˚C Dreary

Bu il 5 milyarddan çox smartfon elektron tullantıya çevriləcək

Xəbərlər 04:16 18 okt, 2022
Bu il 5 milyarddan çox smartfon elektron tullantıya çevriləcək

Qeyri-kommersiya təşkilatı olan WEEE Forum (Waste from Electrical and Electronic Equipment) Beynəlxalq Elektron Tulantılar Günü çərçivəsində elektron tullantılar ilə bağlı bu ili və gələcək illəri əhatə edən maraqlı hesabatı təqdim edib.

Qazet.az xəbər verir ki, qlobal satış statistikaları əsasında WEEE analitiklərinin proqnozlarına əsasən bu il 5.3 milyard ədəd smartfon elektron tullantıya çevriləcək. Söhbət, artıq istifadə edilməyən, dolablarda və qarajlarda saxlanılan, zibil yeşiklərinə adi tullantılar kimi atılan köhnə telefonlardan gedir. Smartfon qalınlığının ortalama 9 mm təşkil etdiyini nəzərə alsaq, hündürlüyü 50 000 km olacaq elektron tullantı alınar. Bu isə Yer kürəsi ilə Ay arasındakı məsafənin 1/8 hissəsidir.

Bununla belə bu cür tulantıların emal edilməsi nəticəsində onlardan qızıl, gümüş, mis, palladium və s. faydalı materiallar əldə etmək olar. Əldə edilmiş faydalı materiallardan isə yeni smartfonlar istehsal etmək mümkündür. İstehsalçı şirkətlər tullantıları emal etməyə çalışırlar. Lakin onların bu məsələdə səyləri kifayət etmir. Məsələn Samsung şirkəti keçən il 2015-ci ildən satılmış smartfonların yalnız 0.0019%-ni emal edib. Günümüzdə bütün dünyada ümumi olaraq 16 milyard smartfon mövcdudur (technote.az). Lakin təkcə Avropada hər üçüncü telefon artıq istifadə edilmir. WEEE-nin proqnozlarına əsasən 2030-cu ilə kimi hər il 74 milyon ton elektron cihaz tullantıya çevriləcək. Bura paltaryuyan maşınlar, planşetlər, kompüterlər, smartfonlar, GPS cihazları və s. daxildir.