Bakı 4˚C Windy

Bu il 5 min məhkuma elektron nəzarət vasitələri tətbiq edilib

Cəmiyyət 01:49 30 dek, 2022
Bu il 5 min məhkuma elektron nəzarət vasitələri tətbiq edilib

Ədliyyə Nazirliyi tərəfindın azadlıqdan məhrumetməyə alternativ cəzaların effektiv icrası ilə bağlı nazirlik tərəfindən əlavə tədbirlər görülərək nəzarət gücləndirilib, cari ildə 5000 məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.

Qazet.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, cari ildə həmçinin nazirliyin icra xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təsirli tədbirlər davam etdirilərək yarım milyona yaxın sənədin icrası təmin olunub, hüquqi və fiziki şəxslərə 900 milyonadək, o cümlədən vergi borcları ilə bağlı təxminən 33 milyon manat vəsait dövlət büdcəsinə ödənilib.

Eyni zamanda nazirlik tərəfindən bələdiyyələrə metodoloji kömək sahəsində əməli tədbirlərin görüldüyü, 2022-ci ildə inzibati nəzarət qaydasında 17% çox – 90 mindən artıq bələdiyyə aktının yoxlanıldığı, 3.000-dən artıq aktın nazirliyin təklifləri əsasında ləğv edildiyi və ya dəyişdirildiyi, habelə qanunsuz verilmiş 12.300 hektar torpaq sahəsinin geri qaytarıldığı bildirilib.