Bu il Antalyaya daha çox ruslar üz tutub
Bu ilin yanvar-sentyabr aylarında Türkiyənin Antalya vilayətinə xarici turist axınında Rusiya lider olub.
Qazet.az xəbər verir ki, bu barədə Antalya Mədəniyyət və Turizm Departamentinin məlumatınd bildirilir. Qeyd olunub ki, bu müddət ərzində onu iki milyondan çox rus ziyarət edib.
Məlumata görə, yanvarın 1-dən sentyabrın 30-dək olan dövrdə Antalyaya ən çox turist Rusiyadan hava yolu ilə gəlib - 2,3 milyon. Almaniya ikinci yerdədir - 2,2 milyon, Böyük Britaniya ilk üçlüyü bağlayır - 952,2 min. Polşa, Hollandiya isə növbəti sıralarda onu izləyir.
Statistikaya görə, ilin əvvəlindən Antalyaya hava yolu ilə 11 milyon xarici turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57% çoxdur. Antalyaya gələn xarici turist axınında rusiyalı turistlərin payı təqribən 22%, almaniyalılar 20,8%, ingilislər 9% təşkil edib (aviatravel.az). Sentyabrda Antalyaya turist axını keçənilki 1,7 milyon ilə müqayisədə 15% artaraq 2 milyona yaxın olub.