Bu il Azərbaycanda narkotiklə əlaqəli 5309 nəfər cinayət məsuliyyətinə cəlb edilib
Hadisə
19:08 08 okt, 2022
Daxili işlər orqanları əməkdaşları tərəfindən 2022-ci ilin 8 ayında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli 7344 fakt aşkarlanıb.
Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bu faktlar üzrə 5309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 160 nəfəri qadındır.
Tədbirlərlə 215 nəfərdən ibarət 81 cinayətkar qrup zərərsizləşdirilərək qeyri-leqal dövriyyədən 2 ton 856 kq narkotik vasitə və 291 kq psixotrop maddə çıxarılıb.