Bu il Azərbaycanda qeyri-neft ixracı rekord həddə çatacaq - Nazirdən açıqlama
Biznes
17:27 07 dek, 2021
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabındakı paylaşımında bildirib
Bu il Azərbaycanda qeyri-neft məhsullarının ixracı rekord həddə çataraq 2,6 mlrd dolları ötəcək.
Qazet.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabındakı paylaşımında bildirib.
"Dayanıqlı inkişaf prioritetlərimizə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsi və şəffaflığın artırılması istiqamətində səylərimizi davam etdiririk. Yenilənmiş proqnozlara görə, bu il Azərbaycanda qeyri-neft məhsullarının ixracı rekord həddə çataraq 2,6 mlrd dolları ötəcək", - nazir qeyd edib.