Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar AÇIQLANIB
Cəmiyyət
19:00 08 dek, 2021
Bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib
"Gülünc adların, şəxsi mənafeyə xələl gətirən adların qoyulmasına qadağa qoyulub".
Qazet.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.
O bildirib ki, bu gün belə adların qoyulmasına məhdudiyyət tətbiq edildiyi üçün statistika aparılmır: "Lakin il ərzində doğulan uşaqlara ən çox qoyulan adlar barədə məlumat var. Belə ki, duğulan uşaqlarına daha çox Əli, Uğur, Yusif, Məhəmməd, qız uşaqlarına isə daha çox Zəhra, Aylin, Məryəm Fatimə adları qoyulub. Uşaqlara adlar qoyulan zama onların mənbəyinin və məzmunun araşdırılmasına xüsusi diqqət edilir".