Bakı 21˚C Windy

Bu il əhalinin avtomobil benzini və dizel yanacağına xərclədiyi vəsaitin həcmi açıqlanıb

Biznes 17:48 10 dek, 2021

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 279,5 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Qazet.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, satılan benzin və dizel yanacağı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % çoxdur.

Bu ilin 11 ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.