Bu il əlillik təyin edilən şəxslərin sayı AÇIQLANDI
Cəmiyyət
16:45 30 noy, 2021
Əlilliyi olan 8 min şəxsə 40 mindən çox protez-ortopedik və digər reabilitasiya vasitəsi verilib
Bu il 51 minədək şəxsə əlillik təyin edilib.
Qazet.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında nazir Sahil Babayev bildirib.
Onun sözlərinə görə, əlilliyi olan 8 min şəxsə 40 mindən çox protez-ortopedik və digər reabilitasiya vasitəsi verilib.
Eyni zamanda aşağı və yuxarı ətrafları amputasiya edilmiş 164 hərbçinin 173 ən müasir 4-cü nəsil elektron protezlə təmin edildiyi qeyd olunub.