Bu il nə qədər şəxsə əlillik təyin olunub?
Gündəm
10:18 11 okt, 2022
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 46,5 min şəxsə əlillik təyin edilib.
Nazirlikdən Qazet.az-a verilən xəbərə görə, onlardan 15,2 mininə ilkin, 31,3 mininə isə təkrar əlillik təyinatı aparılıb.
Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.