Bu il nikah sayı 60 mini ötüb, boşanma 10%-dək azalıb
Cəmiyyət
19:10 29 dek, 2022
Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 4.7 milyona yaxın notariat hərəkətləri, 300 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib.
Qazet.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində ilin yekunları bağlı keçirilən Kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, insanların həyatlarında əlamətdar hadisələr olan nikahın və doğumun sayı artıb:
"Nikahın sayı 60 mini ötüb, boşanma 10%-dək azalıb. Qeydə alınmış doğumun sayı isə 120 mini keçib, ölüm 23 faizədək enib.
Notariuslar tərəfindən aparılmış əməliyyatlar nəticəsində, o cümlədən bununla bağlı tutulan vergi üzrə ümumilikdə 33 milyon manatdan çox vəsait dövlət büdcəsinə köçürülüb".