Bakı 23˚C Windy

Bu il ölkədə suvarılan torpaqlarda əkilən taxıl sahələri açıqlanıb

Biznes 16:57 09 apr, 2022

100 min hektar sahədə pambıq əkini planlaşdırılır

Bu il ölkədə suvarılan torpaqlarda əkilən taxıl sahələri açıqlanıb

Bu il 1 milyon 450 min hektar ərazidə əkin sahələrinin suvarılması planlaşdırılır.

Qazet.az xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev deyib.

Onun sözlərinə görə, ölkədə suvarılan torpaqlarda əkilən taxıl sahələri 511 min hektar təşkil edir: "Bunun da 508 min hektara yaxını birinci suvarma suyu ilə təmin edilib, yerdə qalan 3 min hektar sahə isə bu və ya digər iqlim şəraiti ilə bağlı ərazilər olub ki, su tələbi olmayıb. Hazırda vegetasiya suvarılma davam edir, 210 min hektar ərazidə taxılın vegetasiya suvarılması davam etdirilir, 100 min hektar sahədə pambıq əkini planlaşdırılır.

Pambıq əkini ilə bağlı artıq şum-arat işləri həyata keçirilir. Təxminən 70 min hektara yaxın ərazidə şum-arat işləri aparılıb, qalan ərazilərdəisə davam etdirilir. Bizim bir neçə rayonumuzda, xüsusilə Biləsuvar, Beyləqan və digər rayonlarda arat suvarılması aparılmır və onlar çiyid səpildikdən sonra suvarılma aparılır. Bizim bütün bitkilərimiz hazırda mütəşəkkil formada suvarma suyu ilə təmin edilir".

Xatırladaq ki, 2021-ci ildə də Azərbaycanda 1 milyon 400 min hektar ərazidə suvarılma işləri aparılıb. Meliorasiya və su təsərrüfatının xətti ilə anbarlardan təqribən 10 milyard kubmetr su götürülür.