Bakı 8˚C Dreary

Bu il ölkəyə 55 mindən çox maşın gətirilib

Gündəm 09:13 24 okt, 2022
Bu il ölkəyə 55 mindən çox maşın gətirilib

Bu ilin doqquz ayında Azərbaycana 743 milyon 966 min ABŞ dolları dəyərində 55 min 199 avtomobil idxal olunub.

Qazet.az xəbər verir ki, ölkəyə gətirilən avtomobillərin 337-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsidir. Həmçinin minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin 51 min 55-i əsasən adamların daşınması üçün nəzərdə tutulub.

3585-i yük daşımaq üçün, 222-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.