Bu il uşaqlara da peyvənd vurula bilər
Gündəm
21:43 13 sen, 2021
"Sentyabrın sonunadək Avropa və ABŞ-dakı rəsmilərə verəcəyimiz məlumatlardan nəticə ala biləcəyik"
5-11 yaş arası uşaqlara peyvənd vurulması ilə bağlı bütün araşdırmalar müsbət nəticə verib və əgər aidiyyəti qurumlar razılıq versə, böyük ehtimal bu il məsələ öz həllini tapmış olacaq.
Qazet.az xəbər verir ki, bu sözləri "BioNTech"in qurucusu, türkiyəli alim Uğur Şahin deyib.
"Sentyabrın sonunadək Avropa və ABŞ-dakı rəsmilərə verəcəyimiz məlumatlardan nəticə ala biləcəyik", - Şahin qeyd edib.