Bakı 21˚C Mostly sunny

Bu liderlər İlham Əliyevə zəng etdi

Gündəm 15:48 25 dek, 2021

Prezidenti İlham Əliyevə təbrik zəngləri gəlməkdə davam edir

Bu liderlər İlham Əliyevə zəng etdi

Dekabrın 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Kasım-Jomart Tokayev Azərbaycan Prezidentinə yubileyi münasibətilə təbriklərini çatdırıb, ona möhkəm cansağlığı və dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Qazaxıstan Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Şövkət Mirziyayev dövlətimizin başçısını yubileyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Özbəkistan Prezidentinə təşəkkür edib.

Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

***

Dekabrın 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sadır Japarov Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı diləyib.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Qırğızıstan Prezidentinə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan-Qırğızıstan ikitərəfli dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

***

Dekabrın 24-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Prezident Rumen Radev dövlətimizin başçısına yubileyi münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Bolqarıstan Prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

***

Dekabrın 24-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Valentina Matviyenko Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Valentina Matviyenkoya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında ikitərəfli dostluq münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində də uğurla inkişaf etdiyi vurğulanıb.

***

Dekabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

İrakli Qaribaşvili Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Gürcüstanın Baş nazirinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Gürcüstan ikitərəfli dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

***

Dekabrın 24-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Volodimir Zelenski dövlətimizin başçısına yubileyi münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Ukrayna Prezidentinə təşəkkür edib.

Prezident İlham Əliyev və Prezident Volodimir Zelenski Azərbaycan-Ukrayna ikitərəfli münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib və əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.

Telefon söhbəti zamanı əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

***

Dekabrın 25-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Aleksandr Lukaşenko dövlət başçısını yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Belarus Prezidentinə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

Dövlət başçıları əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.