Bakı 18˚C Mostly sunny

Bu mallar gömrük rüsumlarından qismən azad olunur

Cəmiyyət 20:55 13 okt, 2021

Bu qaydalara uyğun xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən qismən azad olunur.

Bu mallar gömrük rüsumlarından qismən azad olunur

"Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nda dəyişiklik edilib.

Qazet.az xəbər verir ki, Nazirlər Kabinetindən “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na edilən dəyişikliyə verilən şərhdə qərarın qəbul edilməsinin qızılın və gümüşün (ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları istisna olmaqla) xaricdə emal adı altında ölkədən çıxarılmasının qarşısının alınmasına, bununla da valyutanın ölkədən xaricə axınının qarşısının alınmasına, habelə ölkədə yeni iş yerlərinin açılmasına, iqtisadiyyatda əlavə dəyərin formalaşmasına, əhalinin rifah halının yaxşılaşmasına və Azərbaycan Respublikasının regionda zərgərlik məmulatlarının istehsalı və emalı sahəsində mövqelərinin gücləndirilməsinə səbəb olacağı bildirilib.

Bu qaydalara uyğun xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən qismən azad olunur.