Bakı 11˚C Rain

Bu məhsulların ölkəyə idxalı qadağan olundu

Gündəm 11:00 10 dek, 2021

Almaniya, Bolqarıstan və Polşada yayılmış quş qripi xəstəliyinin qarşısının alınması üçün ölkədə qabaqlayıcı tədbirlər həyata keçirilir

Bu məhsulların ölkəyə idxalı qadağan olundu

Almaniyanın Turingiya və Bavariya, Bolqarıstanın Pazarcik və Plovdiv vilayətlərində və Polşanın Lodz inzibati ərazisində quş qripi xəstəliyi aşkar edilib.

Qazet.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq üçün Almaniyanın Turingiya və Bavariya, Bolqarıstanın Pazarcik və Plovdiv vilayətlərində və Polşanın Lodz inzibati ərazisində diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Həmçinin, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Almaniya, Bolqarıstan və Polşadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.