Bakı 17˚C Sunny

"Bu nar zavodu istehsalçıların fəaliyyətinə böyük fayda verəcək"

Eksklüziv 14:30 16 dek, 2022
"Bu nar zavodu istehsalçıların fəaliyyətinə böyük fayda verəcək"

Avropa İttifaqının maliyyə dəstəyi hesabına qurulmuş mini zavodun rəsmi açılışı olub.

Qazet.az xəbər verir ki, Kürdəmirdə açılışı olan zavodda Qonaqlar yaradılan şəraitlə tanış olub, nar şirələrinin dadına baxıb.

Ardınca STEP layihəsinin benefisiarları ilə qısa görüş keçirilib.

Zavodun açılışında Kürdəmir rayonunun icra başçısı Elxan İbrahimov nitq söyləyib.

O, görülən işlər barədə danışıb:

"Kürdəmiri vətəndaşlarımız isti, quraq şəraiti ilə tanıyırlar. El arasında Kürdəmirlə bağlı bir çox zarafatlar var. Kürdəmir çox münbit torpağa malikdir. Burada böyük əkin sahələri mövcuddur, meyvə bağları salınıb. Rayonda 15 min hektar ərazidə taxılçılıq və pambıqçılığın inkişafı davam etdirilir. Son illər ölkədə kənd təsərrüfatı sahəsində uğurlu islahatlar həyata keçirilir, güclü mütəxəsisslər yetişdirilir. Dünyada gedən siyasi proseslər göstərdi ki, ölkə üçün ərzaq təhlükəsizliyi nə dərəcədə vacibdir. Bununda əsasında inkişaf etmiş kənd təsərrüfatı dayanır. Bu nar zavodu istehsalçıların fəaliyyətində böyük fayda verəcək. Bununla bağlı təşkilatçılara təşəkkür edirəm".