Bu ölkə 7 il 8 ay geridə qalıb
Öz təqvim və vaxt sistemindən istifadə edən Şərqi Afrika ölkələrindən biri olan Efiopiya yeni 2015-ci ilə qədəm qoyub.
Qazet.az xəbər verir ki, son iki ildə qarşıdurma və siyasi böhranla mübarizə aparan ölkədə siyasətçilər və dini liderlər Yeni il üçün sülh mesajları paylaşıblar.
Öz təqvim və saat sistemindən istifadə edən ölkədə “enkutata” adlanan ilin ilk günü həm də yağışlı mövsümün sonu və məhsul yığım dövrünün başlanğıcı hesab olunur. Baş nazir Abiy Əhməd mesajında gələcəyə ümidlə baxdıqlarını ifadə edərək, xalqını yeni ildə ölkənin daha yaxşı gələcəyə ümidinə töhfə verəcək səylərin bir parçası olmağa çağırıb.
Qriqorian təqvimindən təxminən 7 il 8 ay geri qalan və Günəşə əsaslanan Efiopiya təqvimi dini təqvim olmaqla yanaşı, Efiopiya dövləti tərəfindən bütün rəsmi işlərdə istifadə olunur. Fərqli vaxt sistemindən də istifadə edən Efiopiyada gün 00:00-da deyil, saat 06:00-da başlayır. Bir gün 12 saatlıq iki fərqli hissədən ibarət olsa da, birinci saat qurşağı 06.00-da, ikinci saat qurşağı isə 18.00-da başlayır.
Efiopiya təqvimində ilk 12 ay 30 gündən ibarətdir, 12-ci aydan sonra isə 5-6 gündən ibarət 13-cü ay var. Bu təqvimə görə yeni il sentyabrın 11-i və ya 12-si daxil olur.