Bu ölkə ilə viza aradan qaldırıldı
Siyasət
16:26 26 okt, 2022

Azərbaycanla Kamboca arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılıb.
Qazet.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib.