Bu ölkə kakao ixracına rüsumu LƏĞV EDİB
Biznes
09:40 14 iyl, 2022
Prezidenti Nikolas Maduro məlumat verib
Venesuela hökuməti ixracı stimullaşdırmaq üçün kakao ixracına tətbiq edilən rüsumu ləğv edib.
Qazet.az xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro məlumat verib.
“Biz kömək üçün kompleks tədbirlər hazırlamışıq. İlk növbədə kakao və ondan hazırlanan məhsulları ixrac rüsumundan azad etdik”.
Maduro həmçinin Venesuelaya qeyri-ənənəvi kakao sortlarının gətirilməsini də qadağan edib.