Bakı -2˚C Windy

Bu ölkə maskaya qayıtdı - Koronavirus artdı

Xəbərlər 03:08 20 noy, 2022
Bu ölkə maskaya qayıtdı - Koronavirus artdı

Avstraliyada Yeni Cənubi Uels ştatı koronavirusa yoluxma hallarının sayının kəskin artması fonunda bəzi ictimai yerlərdə maskaların məcburi istifadəsi tələbini geri qaytarıb.

"Medicina" xəbər verir ki, COVID-19-a yoluxma hallarının sayında əhəmiyyətli artım qeydə alıb. Tibb müəssisələrinə gələnlərdən və bütün tibbi personaldan maska ​​taxmaları tələb olunacaq. Bundan əlavə, xəstələrin yanına gələn ziyarətçi sayının məhdudlaşdırılması istənilib.

Eyni zamanda, qocalar evlərinin, yaşlılar və əlillər üçün internat məktəblərinin bütün ziyarətçiləri və işçiləri üçün tibbi maska məcburi olacaq.

Son bir həftə ərzində ştatda 22,6 min nəfərdə xəstəlik aşkarlanıb.