Bu ölkə qaranlığa qərq oldu
Gündəm
07:12 11 okt, 2021
Ordudan hələlik məsələyə münasibət bildirilməyib.
Livanda yanacaq böhranı ilə əlaqədar iki böyük elektrik stansiyası fəaliyyətini dayandırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra ölkə miqyasında işıqlar sönüb.
Böyüyən böhrandan çıxış yolu olaraq Silahlı Qüvvələrə müraciət edən Livan Elektrik Qurumundan bildirilib ki, enerji istehsalı üçün ordunun yanacaq ehtiyatlarından istifadə olunacaq.
Qeyd olunub ki, ordu iki stansiyanın işləməsi üçün 6 milyon litr yanacaq verəcək ki, bu da üç günlük müddət üçün təxminən 300 meqavatt əlavə enerji təmin edəcək.
Ordudan hələlik məsələyə münasibət bildirilməyib.