Bakı 13˚C Mostly cloudy

Bu ölkə yoxa ola bilər - İlon Maskdan şok iddia

Maraqlı 05:34 26 iyn, 2022

Doğum nisbətinin 50 ildir aşağı səviyyədə olduğunu bildirib

Bu ölkə yoxa ola bilər - İlon Maskdan şok iddia

“Tesla” və “SpaceX”in rəhbəri İlon Mask ABŞ-da doğum nisbətinin aşağı düşməsi ilə əlaqədar xəbərdarlıq edib, belə davam edərsə, Amerikanın sonunun Yaponiya kimi olacağını söyləyib.

Qazet.az xəbər verir ki, Mask ABŞ-da doğum nisbətinin 50 ildir aşağı səviyyədə olduğunu bildirib.

Keçən il Yaponiya əhalisi doğum nisbətinin azalması və insanların sürətlə qocalması səbəbindən 600 mindən çox azalıb. Maskın fikrincə, Yaponiya potensial olaraq yox ola bilər.

Mask uzun müddətdir, bütün dünyada əhalinin sayının azalmasının qarşısını almaq üçün ailələrin daha çox uşaq sahibi olmasının lazım olduğunu deyir. O, bu barədə dəfələrlə ABŞ-a xəbərdarlıq edib.

Qaynaq