Bu ölkədə 3 yaşdan yuxarı uşaqlara koronavirus peyvəndi vurulacaq
Gündəm
23:47 02 okt, 2021
3 yaşdan yuxarı uşaqlara koronavirus peyvəndi vurulacaq

Argentinada 3-11 yaşlı uşaqlara Çinin “Sinopharm” şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndi vurulacaq.
Ölkə rəhbərliyi bu ilin sonuna qədər onları vaksinasiya etmək niyyətindədir.
Qazet.az News.ru-ya istinadla xəbər verir ki, bu barədə Argentinanın səhiyyə naziri Karla Visotti qrumun “Twitter” hesabında məlumat verib.
Onun sözlərinə görə, ölkədə 5,5-6 milyon insan bu yaş qrupuna aiddir. Peyvənd planları yerli hakimiyyət orqanları tərəfindən təyin ediləcək, bununla da həm məktəbliləri, həm də bağça uşaqlarını peyvənd edə biləcəklər.