Bu ölkədə 4,5 maqnitudalı zəlzələ olub
Gündəm
13:05 19 dek, 2021
Tayvan sahillərində 4,5 maqnitudalı zəlzələ olub

Tayvanın şərq sahillərində 4,5 maqnitudalı zəlzələ olub.
Qazet.az-ın xəbərinə görə, bu barədə Tayvan Seysmoloji Xidməti məlumat yayıb.
Zəlzələnin ocağı Taydun şəhərindən 32,2 km şimal-şərqdə, dənizdə 22 km dərinlikdə yerləşib.
Zəlzələ Xualyan və Taydun əyalətlərində hiss olunub.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.