Bakı 11˚C Cloudy

Bu ölkədə 7,6 bal gücündə zəlzələ oldu

Gündəm 09:26 10 yan, 2023
Bu ölkədə 7,6 bal gücündə zəlzələ oldu

İndoneziyanın Maluku əyalətində 7,6 bal gücündə zəlzələ baş verib.

Qazet.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) episentri Maluku əyalətindəki Tanimbar adalarının şimal-qərb sahillərində olan zəlzələnin maqnitudasının 7,6 bal olduğunu açıqlayıb.

Zəlzələ 95,2 kilometr dərinlikdə qeydə alınıb.

Ölkədə baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilib.