Bakı 33˚C Sunny

Bu ölkədə güclü zəlzələ baş verdi

Gündəm 09:05 01 avq, 2022

Zəlzələdə can və mal itkisi olub-olmadığı bildirilir

Bu ölkədə güclü zəlzələ baş verdi

Pakistanda güclü  zəlzələ baş verib.

Qazet.az xəbər verir ki, Pakistan Milli Seysmik Nəzarət Mərkəzi (NSMC) 5,6 bal gücündə zəlzələnin episentrinin Qvadar yaxınlığındakı Pasni şəhərindən 13 kilometr cənub-şərqdə, 60 kilometr dərinlikdə olduğunu açıqlayıb.

Verilən məlumata görə, 10 dəqiqədən sonra eyni bölgədə 5 bal gücündə artçı təkanı baş verib və yeraltı təkanlar ətraf ərazilərdə də hiss edilib.

Zəlzələdə can və mal itkisi olub-olmadığı bildirilir.