Bakı 3˚C Partly sunny

Bu ölkədə karantin rejimi martın 31-dək uzadıldı

Gündəm 19:23 15 dek, 2021

Ukraynada karantin rejimi martın 31-dək uzadıldı

Bu ölkədə karantin rejimi martın 31-dək uzadıldı

Ukrayna hökuməti ölkə ərazisində qüvvədə olan adaptiv karantin rejimini 2022-ci il martın 31-dək uzadıb.

Qazet.az-ın məlumatına görə, bu barədə ölkənin baş naziri Denis Şmıqal Nazirlər Kabinetinin iclasında deyib.

O bildirib ki, ictimai məkanlara sertifikatlarla daxil olma, maska taxmaq və məsafə saxlama tələbləri müddətin sonunadək qüvvədə qalır.

Baş nazir əlavə edib ki, bu günədək əhalinin 40 faizi koronavirusa qarşı peyvənd olunub.

Qeyd edək ki, adaptiv karantin çərçivəsində regionlar epidemioloji vəziyyətdən asılı olaraq yaşıl, sarı, narıncı və qırmızı zonalara bölünüb.