Bakı 19˚C Sunny

Bu ölkədə peyvənd olunmayanlar gecə çölə çıxa bilməyəcək

Gündəm 21:32 21 okt, 2021

Rumıniyada koronavirusa yoluxma hallarının artması səbəbindən gələn həftədən başlayaraq məhdudiyyətlər sərtləşdiriləcək.

Bu ölkədə peyvənd olunmayanlar gecə çölə çıxa bilməyəcək

Rumıniyada koronavirusa qarşı peyvənd olunmayanlar üçün məhdudiyyətlər və komendant saatı tətbiq ediləcək. Rumıniyada koronavirusa yoluxma hallarının artması səbəbindən gələn həftədən başlayaraq məhdudiyyətlər sərtləşdiriləcək.

Qazet.az xəbər verir ki, bu barədə Rumıniya prezidenti Klaus Yohannis deyib.

O bildirib ki, maska taxmaq təkcə qapalı məkanlarda yox, açıq havada da məcburi olacaq:

“Tələbələr iki həftəlik tətilə buraxılacaq. Peyvənd olunmamış vətəndaşlarla bağlı da tədbirlər görüləcək. Peyvənd olunmayanlara gecə çölə çıxmaq qadağan olunacaq. Gün ərzində əksər tədbirlərə yalnız yaşıl sertifikatı (peyvəndolunma, immunitet) olanlar buraxılacaq”,