Bakı 24˚C Intermittent clouds

Bu ölkədə qadın aparıcılar efirə çarşabla çıxacaq

Gündəm 15:21 23 may, 2022

Taliban qadınlara tam örtülü paltar geyinmədən çölə çıxmağı qadağan edib

Bu ölkədə qadın aparıcılar efirə çarşabla çıxacaq

Əfqanıstanda qadın televiziya aparıcılarının üzlərini örtmədən efirə çıxması qadağan edilib.

Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, Taliban qadınlara tam örtülü paltar geyinmədən çölə çıxmağı qadağan edib. Reaksiyalardan sonra bunun öhdəlik deyil, sadəcə “tövsiyə” olduğu bildirilsə də, televiziya aparıcıları və jurnalistlərə də oxşar qadağa qoyulub.

Qərara müqavimət göstərən qadın aparıcılar dünən ilk dəfə Əfqanıstan televiziyasında çarşabla proqram təqdim ediblər.

Qeyd edək ki, kanalın kişi aparıcıları da qadın həmkarları ilə həmrəylik əlaməti olaraq qara maska taxaraq efirə çıxıblar.